Siyasi mühacir alveri müzakirəsi zamanı Müsavat və ReAl-çılar bir-birilərini təhqir edib

Siyasi mühacir alveri müzakirəsi zamanı Müsavat və ReAl-çılar bir-birilərini təhqir edib Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və siyasi mühacir alverinə görə alman polisi tərəfindən həbs edilməsi ilə bağlı Facebookda müzakirələr aparılır.
Daxili siyasət
14 Noyabr , 2019 14:04
Siyasi mühacir alveri müzakirəsi zamanı Müsavat və ReAl-çılar bir-birilərini təhqir edib

Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və siyasi mühacir alverinə görə alman polisi tərəfindən həbs edilməsi ilə bağlı "Facebook"da müzakirələr aparılır.

“Report”un xəbərinə görə, Müsavat Partiyası başqanının müavini Səxavət Soltalının yazdığı “Kim olmasından asılı olmayaraq, hansısa qanunsuz işdə adı keçən hər kəs cəzasını almalıdır. Qanunsuz əməllərdə iştirakı sübut olunan heç bir kəs bizimlə bir yerdə ola bilməz!” statusunun rəy bölümündə ReAl Partiyası üzvlərinin yazdıqları şərhlər mübahisəyə səbəb olub.

Belə ki, ReAl partiyasının üzvü Dağlar Mustafayev yazdığı rəydə “O zaman Müsavat rəhbərliyindən başlayın. Zamanında o da üzə çıxacaq. Necə ki, əvvəl inkar etdikləriniz bu gün üzə çıxır” yazıb.

S.Soltanlı isə deyilənlərin şər-böhtan olduğunu yazıb.

D.Mustafayev Müsavat funksionerinin fikirlərinə "Bu gün bu məsələni inkar edənlər ya sadəlövdür, ya da işin içindədirlər. Bilə bilə susurlar" cavabını verib.

Bundan sonra Müsavat və ReAl üzvləri bir-birilərini "şərəfsiz" və s. sözlərlə təhqir ediblər.

Qeyd edək ki, ötən gün Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb. Onların barələrində həbs qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, Müsavat Partiyasının üzvü Elşən Abdullayev də var.

Son xəbərlər

Orphus sistemi