MTRŞ telekanallarda şəhidlər barədə çəkilən reportajların sayını açıqlayıb

MTRŞ telekanallarda şəhidlər barədə çəkilən reportajların sayını açıqlayıb Sentyabrın 27-də Vətən müharibəsinin başlanması ilə ölkə teleradio yayımçılarının proqram səbətlərində və verilişlərin formatında ciddi dəyişikliklər edilib, daha çox hərbi-vətənpərvərlik mövzularında yayımlara üstünlük verilib.
Daxili siyasət
18 Yanvar , 2021 14:53
MTRŞ telekanallarda şəhidlər barədə çəkilən reportajların sayını açıqlayıb

Sentyabrın 27-də Vətən müharibəsinin başlanması ilə ölkə teleradio yayımçılarının proqram səbətlərində və verilişlərin formatında ciddi dəyişikliklər edilib, daha çox hərbi-vətənpərvərlik mövzularında yayımlara üstünlük verilib.

"Report" xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında əks olunub.

Hesabatda qeyd edilib ki, Müharibənin ilk günü Milli Televiziya və Radio Şurası ölkədə fəaliyyət göstərən teleradio yayımçılarına və subyektlərinə müraciət etmiş və onlara təqdim etdikləri informasiya və məlumatlarda, həmçinin, video reportajlarda istisnasız olaraq rəsmi mənbələrə əsaslanmalarını, daha mütəmadi və operativ informasiya təqdim etməyə çalışmalarını, efirin nikbin ruhlu hərbi-vətənpərvərlik proqramları ilə zənginləşdirilmələrini tövsiyə edib. Monitorinqlər göstərmişdir ki, bütün yayımçılar bu tövsiyələrə riayət etmiş, efirdə informasiya və xəbər proqramlarının sayı xeyli artmış, əhalinin operativ və mötəbər informasiya ilə təmin olunması həllini tapmışdır. Bu dövr ərzində də qaçan sətirlə təqdim olunan informasiya növündən mütəmadi istifadə olunub.

23 dekabr 2020-ci il tarixdə Milli Televiziya və Radio Şurasında ümumölkə televiziya kanallarının xəbər departamentlərinin rəhbərləri ilə keçirilmiş görüş zamanı Azərbaycan televiziya kanallarının müharibə dövründə fəaliyyəti ümumən müsbət qiymətləndirilmişdir. Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqları barədə materialların hazırlanmasında televiziya kanallarının müstəsna rolu qeyd olunub. 44 gün davam edən Vətən Müharibəsi zamanı vətən uğrunda həlak olmuş heç bir şəhidin diqqətdən kənarda qalmaması məqsədilə Şura və televiziya kanallarının birgə təşəbbüsü ilə şəhidlər haqqında çəkilən reportajların ümumi reyestrinin aparılması razılaşdırılıb. Milli Televiziya və Radio Şurasının monitorinq qrupu tərəfindən hazırlanan reyestrə televiziya kanallarında şəhidlər haqqında çəkilmiş reportaj və materiallar haqqında məlumat daxil edilir. Reyestr mütəmadi olaraq yenilənir və ilin sonuna olan məlumata görə artıq 733 şəhid barədə reportaj televiziya kanallarında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi