MSK-ya hesabat verən siyasi partiyaların sayı 35-ə çatıb

MSK-ya hesabat verən siyasi partiyaların sayı 35-ə çatıb Hesabatların verilməsi prosesi hazırda davam edir
Daxili siyasət
31 Mart , 2021 17:03
MSK-ya hesabat verən siyasi partiyaların sayı 35-ə çatıb
Mərkəzi Seçki Komissiyası / Report
0 : 00
0 : 00

Bu ilin əvvəlindən indiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı açıqlanıb.

"Report"un xəbərinə görə, dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 35-i illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Hesabatların verilməsi prosesi hazırda davam edir.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi