Azərbaycan MSK-ya daxil olmuş bir sıra müraciətlər qismən təmin edilib

Azərbaycan MSK-ya daxil olmuş bir sıra müraciətlər qismən təmin edilib Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Daxili siyasət
26 Dekabr , 2014 17:02
Azərbaycan MSK-ya daxil olmuş bir sıra müraciətlər qismən təmin edilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Məzahir Pənahovun sədrliyilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, iclasda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, 75 Masallı-Lənkəran Seçki Dairəsindən bələdiyyə üzvlüyünə namizədliyini sürən İlham Qulamov 29 saylı seçki məntəqəsində protokulun surətinin verilməməsini mübahisələndirib. Məsələyə MSK-da baxılıb, müəyyən olunub ki, protokolun təqdim olunma qaydaları pozulub və müraciətə baxılması üçün DSK-ya göndərilib.

75 saylı Masallı-Lənkəran Seçki Dairəsi Gərgan bələdiyyəsi üzrə namizədliyini irəli sürən Rəhim Şükürov 15 və 19 saylı seçki məntəqələrinin səslərin hesablanması zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılması üçün ona köməklik göstərilməsini xahiş edib. Araşdırma zamanı rəyə gəlinib ki, müraciət qismən təmin edilməlidir.

76 saylı Lənkəran Seçki Dairəsi Səfəkəran kənd Bələdiyyəsi üzrə namizədliyini irəli sürən Bəhmən Hüseynovun da müraciətinə baxılıb. O, müraciətində 11 və 12 saylı seçki məntəqələrində səslərin hesablanması zamanı qanun pozuntularını qeyd edib. Ekspert Qrupu müraciəti qismən təmin edib və baxılması üçün DSK-ya göndərilib.

Yardımlı rayonunun Qəriblər bələdiyyəsi üzrə qeydə alınan namizəd Möhübbət Səmədov MSK-ya müraciət edib. O, müraciətində 81 və 82 saylı seçki məntəqələrində səslərin hesablanması zamanı yol verilmiş qanun pozuntularını qeyd edib və bunun bağlı müvafiq tədbirlərin görülməsini istəyib. Müraciət Ekspert Qrupunun üzvləri tərəfindən icraata qəbul edilib. Rəyə gəlinib ki, müraciət qismən təmin edilməlidir. Müraciət DSK-ya göndərilib.

119 saylı Ağdam kənd Seçki Dairəsi, 95 saylı Tərtər Seçki Dairəsinin 22 saylı seçki məntəqəsi, 66 saylı Biləsuvar Seçki Dairəsinin Ağalı kənd bələdiyyəsi üzrə 29, 30 saylı məntəqələri, 92 saylı Zərdab-Ucar Seçki Dairəsi, 71 saylı Masallı Seçki Dairəsi üzrə Qızılağac bələdiyyəsi ilə bağlı müraciətlərə baxılıb. Bu müraciətlər də qismən təmin edilib və baxılması üçün müvafiq DSK-lara göndərilib.

MSK sədri Məzahir Pənahov deyib ki, müraciətlərin araşdırılmasına xüsusi diqqət yetirilir.

Son xəbərlər

Orphus sistemi