Yuxarı

​MSK-ya daxil olan müraciətlər DSK-lara göndərilib

Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. “Report”un məlumatına görə, iclasda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlər aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan komissiya üzvlərinin müzakirəsindən sonra baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsinə qərar verilib.

İclasda cari məsələlərə də baxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi