Yuxarı

MSK sədri: “Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi həyati əhəmiyyət kəsb edir”

“Hansısa ölkənin daxili işlərinə qarışmaq üçün seçkidən istifadə edirlər”

Bakı. 18 avqust. REPORT.AZ/ “Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi həyati əhəmiyyət kəsb edir”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, Prezident İlham Əliyev xalqın maraqlarından çıxış edərək bu addımı atıb, ümumxalq səsverməsinin keçirilməsinə təşəbbüs göstərib: “Ölkədə sabitlik bizdə arxayınlıq yaratmamalıdır. Ölkədə inkişaf var, əhali yaşayış tərzini dəyişib. Azərbaycan, artıq inkişaf etmiş ölkələrlə müqayisə olunur. Elə sahələr var ki, Azərbaycan dünya ölkələrindən xeyli irəli gedib. Əlbəttə, ideal nəsə yoxdur, çatışmazlıqlar ola bilər. Bütövlükdə Azərbaycanda bütün sahələrdə inkişaf var. Bütün istiqamətlərdə Prezident İlham Əliyevin reytinqi yüksəkdir. Amma biz bundan arxayın olmamalıyıq. Bilirsiz ki, hansısa ölkənin daxili işlərinə qarışmaq üçün seçkidən istifadə edirlər. Biz buna şərait yaratmamalıyıq, kiçik çatışmazlıqları belə aradan qaldırmalıyıq. Biz aşağı seçki komissiyalarını maarifləndirdikcə çatışmazlıqlar aradan qalxır”.

M.Pənahovun sözlərinə görə, Azərbaycan dünyaya nümunə olacaq seçki keçirir: “Seçki komissiyaları üçün hər bir şərait yaradılıb. Bunu xüsusi qiymətləndirməliyik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi