MSK sədri: “Seçkiləri boykot etmək doğru addım deyil”

MSK sədri: “Seçkiləri boykot etmək doğru addım deyil” Məzahir Pənahov: "Bu, demokratik dünyanın qəbul etmədiyi bir prinsipdir"
Daxili siyasət
14 Avqust , 2015 10:39
MSK sədri: “Seçkiləri boykot etmək doğru addım deyil”

Bakı. 14 avqust. REPORT.AZ/ “Seçkiləri boykot etmək doğru addım deyil". 

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəzi təşkilatların noyabrda keçiriləcək parlament seçkilərini boykot edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. 

M.Pənahov hesab edir ki, ya müşahidəçi, ya da iştirakçı kimi seçkiləri boykot etmək doğru deyil: “Bu, demokratik dünyanın qəbul etmədiyi bir prinsipdir. Amma Azərbaycanda seçki prosesi şəffaf keçirilir, kim necə istəyirsə, fikir bildirə bilər. Seçkilər ona görədir ki, insanlar öz münasibətlərini göstərsinlər, seçimlərini etsinlər. Qarşıdakı müddətdə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçkidə iştirak daha doğru addım olar. Çünki seçicilərin istəyinə uyğun parlament formalaşdırılacaq. Çoxluğun fikri ortada olmalıdır. Demokratiyada qəbul olunmuş prinsip çoxluğun fikridir”.

Son xəbərlər

Orphus sistemi