​MSK sədri Rusiya Dövlət Dumasının komitə sədri ilə görüşüb

​MSK sədri Rusiya Dövlət Dumasının komitə sədri ilə görüşüb Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb
Daxili siyasət
2 Noyabr , 2015 00:49
​MSK sədri Rusiya Dövlət Dumasının komitə sədri ilə görüşüb

Bakı. 2 noyabr. REPORT.AZ/ Ötən gün Rusiya Federal Məclisi Dövlət Dumasının komitə sədri və MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Leonid Slutski Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK-dan "Report"a verilən məlumata görə, Məzahir Pənahov Milli Məclisə seçkilər günündə keçirilən görüşdən məmnunluğunu ifadə edib.

Eyni zamanda vurğulayıb ki, rəhbərlik etdiyi qurum hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlığa, qarşılıqlı faydalı münasibətlərə əhəmiyyət verir.

Leonid Slutski MSK-da olmaqdan şad olduğunu və səmimi qəbula görə təşəkkürünü bildirib. Rusiya Dövlət Dumasının komitə sədri qeyd edib ki, gün ərzində müşahidə etdiyi seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə alınmayıb, seçicilərin sərbəst şəkildə öz iradələrini ifadə etdiyinin şahidi olub. Bu günkü seçkilər bir daha göstərdi ki, Azərbaycanda keçirilən seçkilərdə ilbəil daha böyük irəliləyişlərə nail olunur.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

Son xəbərlər

Orphus sistemi