Məzahir Pənahov: "Növbədənkənar parlament seçkilərinin təqvim planı hazırdır və bu gün təsdiqlənəcək”

Məzahir Pənahov: "Növbədənkənar parlament seçkilərinin təqvim planı hazırdır və bu gün təsdiqlənəcək” “Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı təsdiq ediləcək”.
Daxili siyasət
7 Dekabr , 2019 11:32
Məzahir Pənahov: Növbədənkənar parlament seçkilərinin təqvim planı hazırdır və bu gün təsdiqlənəcək”
Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov / Report/ Elchin Murad

“Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı təsdiq ediləcək”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, təqvim planı artıq hazırdır: “Təqvim planı layihəsi mənim əlimdədir. Burada bütün məqam və müddəalar tam göstərilib. Hesab edirəm ki, dekabrın 8-də bizim təqvim planı dövri nəşrlərdə dərc olunduqdan sonra artıq rəsmi status alacaq. Bundan sonra da bütün fəaliyyətlər sistemli şəkildə həyata keçiriləcək”.

Son xəbərlər

Orphus sistemi