Yuxarı

MSK sədri müşahidəçiləri diqqətli olmağa çağırıb

“Ölkədə mühiti yarada bilmişik”

Bakı. 7 sentyabr. REPORT.AZ/ “Azərbaycanda referendum mühiti yarada bilmişik. İşlər qaydasında gedir, hələlik problem yoxdur”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, müşahidəçilər səsvermə günü diqqətli olmalıdırlar: “Müşahidəçilər səsverməni izləməlidirlər. Yəni, müşahidəçi şahidi olduğu hadisə ilə bağlı fikir yürüdə bilər. Bizim səsvermə ilə bağlı təəsüratlarımız müşahidəçilərin müraciətləri əsasında yaranır. Bu baxımdan, müşahidəçilər obyektiv olmalıdırlar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi