​MSK sədri Məzahir Pənahov bir sıra görüşlər keçirib

​MSK sədri Məzahir Pənahov bir sıra görüşlər keçirib Görüşlərdə MM-ə seçkilərin şəffaf keçirilməsi üçün reallaşdırılan genişmiqyaslı layihələr barədə ətraflı məlumat verilib
Daxili siyasət
30 Oktyabr , 2015 21:50
​MSK sədri Məzahir Pənahov bir sıra görüşlər keçirib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan bir sıra nümayəndə heyətləri ilə görüşlər keçirib.

MSK-dan "Report"a verilən məlumata görə, Məzahir Pənahov ilk olaraq litvalı həmkarı Zenonas Vaiqauskas, Belarus MSK-sının sədri Lidiya Yermoşina, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyətləri və Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidə missiyasının üzvlərini qəbul edib.

Görüşlərdə daim genişlənməkdə olan sıx əməkdaşlıdan məmnunluq ifadə olunub. Qonaqlar noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıbnıblar. MSK sədri Məzahir Pənahov Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilmiş genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib və qonaqların suallarını cavablandırıb.

Görüşdə həmçinin, qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi