MSK sədri: "Çalışın bizim fəaliyyətimizi şübhə altına almayın"

MSK sədri: "Çalışın bizim fəaliyyətimizi şübhə altına almayın" “Özünüzü təbliğ edin, amma bizi də gözdən salmağa meyl etməyin”.
Daxili siyasət
17 Fevral , 2020 17:16
MSK sədri: Çalışın bizim fəaliyyətimizi şübhə altına almayın
Məzahir Pənahov

“Özünüzü təbliğ edin, amma bizi də gözdən salmağa meyl etməyin”.

“Report” xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deputatlığa namizəd Səməd RəhimliNicat Qasımzadəyə deyib. 

M.Pənahov bildirib ki, namizəd MSK-nı müraciətlərə baxmamaqda ittiham edir: “Siz iddia edirdiniz ki, Mərkəzi Seçki Komissiyası sizin müraciətinizə baxmır. Ancaq siz gördünüz ki, Mərkəzi Seçki Komissiyası sizin müraciətinzə daha ətraflı baxır. Siz çalışın bizim fəaliyyətimizi şübhə altına almayın. Mən etiraz etmirəm. Siz özünüzü təbliğ edin, amma bizi də gözdən salmağa meyl etməyin”.

Son xəbərlər

Orphus sistemi