MSK sədri: "Bütün məntəqələrdə səs vermək üçün yüksək şərait yaradılıb"

MSK sədri: "Bütün məntəqələrdə səs vermək üçün yüksək şərait yaradılıb" Azərbaycanda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı bü günə qədər nəzərdə tutulan bütün tədbirlər həyata keçirilib.
Daxili siyasət
11 Dekabr , 2019 16:44
MSK sədri: Bütün məntəqələrdə səs vermək üçün yüksək şərait yaradılıb
Report

"Azərbaycanda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı bü günə qədər nəzərdə tutulan bütün tədbirlər həyata keçirilib".

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, vətəndaşların seçkilərə cəlb edilməsi üçün bütün zəruri işlər görülür:

“Biz əlimizdən gələni etməliyik ki, seçicilər fəal şəkildə seçkilərdə iştirak etsinlər. Düzdür, bələdiyyə seçkilərində fəallıq digər seçkilərlə müqayisədə aşağı olur, ancaq biz arzu edirik ki, bu rəqəm yüksək olsun”.

M.Pənahov vurğulayıb ki, bütün məntəqələrdə səs vermək üçün yüksək şərait yaradılıb ki, seçicilər maneəsiz gəlib səs versinlər.

Son xəbərlər

Orphus sistemi