MSK sədri bələdiyyə seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayını açıqlayıb

MSK sədri bələdiyyə seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayını açıqlayıb DSK-lar tərəfindən 11 078 müşahidəçi qismində qeydiyyata alınıb
Daxili siyasət
6 Dekabr , 2014 15:24
MSK sədri bələdiyyə seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayını açıqlayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən 149 nəfər yerli müşahidəçi qeydə alınıb

“Report”un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, MSK tərəfindən qeydə alınan müşahidəçilərdən 76 nəfəri VHP-nin üzvü, bir nəfər isə xüsusi icazə əsasında qeydiyyata alınıb: “Bu proses yerlərdə də aparılır. Belə ki, DSK-lar tərəfindən 11 078 müşahidəçi qismində qeydiyyata alınıb. Bunlardan 5 271 nəfər öz təşəbbüsü ilə, 5 806 nəfər isə 17 siyasi partiyanın nümayəndələridir”.

MSK sədri qeyd edib ki, seçki prosesini izləmək üçün 6 nəfər beynəlxalq təşkilat nümayəndəsi də qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi