MSK sədri Andrey Baranovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

MSK sədri Andrey Baranovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Daxili siyasət
19 Oktyabr , 2015 19:32
MSK sədri Andrey Baranovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun rəhbəri Andrey Baranovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Məzahir Pənahov nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edərək, MSK-nın beynəlxalq təşkilatlarla əlaqələrinə və qarşılıqlı faydalı əməkdaşlığına hər zaman önəm verdiyini və bu münasibətləri bundan sonra da davam etdirmək niyyətində olduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri A.Baranov Milli Məclisə qarşıdan gələn seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.

MSK sədri M.Pənahov qonaqların suallarını cavablandıraraq, ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün reallaşdırılmış layihələri və atılacaq addımları diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi