MSK seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminar keçirib

MSK seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminar keçirib Bakıda 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə müraciətlərin araşdırılmasına həsr olunan seminar keçirilib.
Daxili siyasət
4 Noyabr , 2019 11:05
MSK seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminar keçirib
Report

Bakıda 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə müraciətlərin araşdırılmasına həsr olunan seminar keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə çıxış edən MSK-nın sədr müavini Rövzət Qasımov bildirib ki, seçkilərə 2 həftədən çoxdur start verilib:

"MSK özünün təklif etdiyi tədbirlər planına uyğun olaraq bir sıra layihələri gerçəkləşdirib. Bu da bizim növbəti layihədir. Belə ki, bu layihə bir müddətdir davam edir. Bu layihə çərçivəsində Gəncədə, Şəkidə, Masallıda tədbirlər keçirilib. Bakıdakı tədbir yekundur, layihənin son tədbiridir. Tədbirlərdə vətəndaşların müraciətlərinə baxılması ilə bağlı dairə seçki komissiyalarında fəaliyyət göstərən ekspert qruplarının üzvləri üçün ətraflı şəkildə təqdimatlar olur".

R.Qasımov bildirib ki, seçki prosesində ən mühüm məsələlərdən biri vətəndaşların müraciətlər və şikayətlərinə baxılmasıdır: "Bununla bağlı əvvəllər bu səpkili layihələr həyata keçirmişik. Belə ki, bu səpkidə layihələrin başlanğıcı olaraq 2008-ci ili göstərə bilərik. Biz həmən vaxt bu layihəni Avropa Şurası Venesiya Komissiyası və Seçki Sistemləri üzrə Beynəlxalq Fondla bu layihənin əsasını qoymuşuq. Sonrakı mərhələdə layihəni həyata keçirəcək mütəxəssislər hazırlanıb. Bir neçə ildir ki, Mərkəzi Seçki Komissiyası özü bu layihəni həyata keçirir".

Xatırladaq ki, seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlar Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə oktyabrın 29-da Gəncədə, 31-də Şəkidə və noyabrın 2-də Masallı şəhərində keçirilib.

Son xəbərlər

Orphus sistemi