​MSK “Seçki hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirəcək

​MSK “Seçki hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirəcək Seminarda müraciətlərin seçki komissiyalarında baxılmasına dair müxtəlif mövzularda çıxışlar ediləcək
Daxili siyasət
6 May , 2016 12:11
​MSK “Seçki hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirəcək

Bakı. 6 may. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə birgə “Seçki hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirəcək.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, mayın 7-də keçiriləcək seminarda 90 saylı Ağdaş seçki dairəsinin dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin iştirakı nəzərdə tutulur.

Seminarda MSK və Ombudsman Aparatının nümayəndələri tərəfindən əsas insan hüquq və azadlıqlarının tərkib hissəsi olan seçki hüququnun pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında baxılmasına dair müxtəlif mövzularda çıxışlar ediləcək, təqdimatlar və müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi