MSK-dan "Report"a verilən məlumata görə, layihə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları ilə bağlı məlumatlarının artırılması və fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.
Nəşrdə MSK sədri
Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması müfəssəl izah olunub.
Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanıb.
"Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.