Yuxarı

MSK: Saat 17:00-a qədər seçicilərin 63,6 faizi səs verib

Seçici fəallığı ilə bağlı məlumatlar açıqlanıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən ümumxalq səsverməsində (referendum) saat 17:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

“Report”un xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan - saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 267 min 111 seçicidən 3 348 535 nəfəri (63,6 %) səsvermədə iştirak edib.

F.Orucov bildirib ki, ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində (74.14%), ən zəif seçici fəallığı isə 17 saylı Yasamal üçüncü seçki dairəsindədir (48.11).
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi