Yuxarı
    Bağlamaq

    MSK referendum üzrə daha iki təşviqat qrupunu qeydə alıb

    Bu gün MSK-nın iclası keçirilib

    Bakı. 20 avqust. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qruplarının qeydə alınması məsələsinə baxılıb.

    “Report”un xəbərinə görə, hər iki məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. O qeyd edib ki, 2016-cı il sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün bələdiyyələr tərəfindən yaradılmış “Bələdiyyə” və Azərbaycan Həmkarlar İttifaqları konfedersaiyası və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən yaradılmış “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupları imzatoplama kampaniyasını başa çatdırıb və qeydə alınması üçün MSK-ya təqdim edib.

    Daha sonra məsələlər səsə qoyulub və hər iki təşviqat qrupu qeydə alınıb.

    Xatırladaq ki, MSK bundan əvvəl “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunu qeydə almışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi