MSK ReAl-ın Milli Məclisə təqdim etdiyi imzaları yoxlamaq üçün İşçi Qrup yaradıb

MSK ReAl-ın Milli Məclisə təqdim etdiyi imzaları yoxlamaq üçün İşçi Qrup yaradıb Mərkəzi Seçki Komissiyası (MSK) Respublikaçı Alternativ təşəbbüs qrupunun (ReAL) bir neçə qanunun qəbulu üçün Milli Məclisə təqdim etdiyi 41500 imzanın yoxlanılması üçün İşçi Qrup yaradıb.
Daxili siyasət
9 Aprel , 2019 16:46
MSK ReAl-ın Milli Məclisə təqdim etdiyi imzaları yoxlamaq üçün  İşçi Qrup yaradıb

Mərkəzi Seçki Komissiyası (MSK) Respublikaçı Alternativ təşəbbüs qrupunun (ReAL) bir neçə qanunun qəbulu üçün Milli Məclisə təqdim etdiyi 41500 imzanın yoxlanılması üçün İşçi Qrup yaradıb.

“Report” xəbər verir ki, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, İşçi Qrup imzaların düzgünlüyünü və seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aid olub-olmamasını yoxlayacaq.

İşçi qrupunun tərkibində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri yer alacaq. MSK üzvü Etibar Əliyev isə İşçi qrupunun əlaqələndiricisi təyin olunub.

Proses yekunlaşdıqdan sonra İşçi Qrupun rəyləri və protokolu Milli Məclisə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi