MSK Rafael Cəbrayılovu deputat mandatından məhrum edib - YENİLƏNİB-2

MSK Rafael Cəbrayılovu deputat mandatından məhrum edib - YENİLƏNİB-2 Mərkəzi Seçki Komissiyası (MSK) Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib.
Daxili siyasət
298
2 Oktyabr , 2019 16:10
MSK Rafael Cəbrayılovu deputat mandatından məhrum edib - YENİLƏNİB-2

Mərkəzi Seçki Komissiyası (MSK) Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

“Report” xəbər verir ki, qərar R.Cəbrayılovun müraciəti əsasında MSK-nın bu gün keçirilən iclasında çıxarılıb.


*** 16:06

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

“Report” xəbər verir ki, MSK-nın iclasında Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi üçün müraciətə baxılır.


*** 15:35

Yaxın dəqiqələrdə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayacaq.

“Report” xəbər verir ki, MSK-nın iclasında Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi üçün müraciətə baxılacaq.

Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib. R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi