MSK pozuntuların olduğunu əks etdirən 220 videogörüntünü araşdırıb

MSK pozuntuların olduğunu əks etdirən 220 videogörüntünü araşdırıb Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.
Daxili siyasət
847
15 Fevral , 2020 15:31
MSK pozuntuların olduğunu əks etdirən 220 videogörüntünü araşdırıb
Report

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.

“Report” xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında Komissiya üzvü Qabil Orucov deyib.

Onun sözlərinə görə, bütün görüntülər hər bir dairə və məntəqə üzrə araşdırılıb:

“Ümumi araşdırılan videogörüntülərin sayı hazırda 220-ni keçib. Bu görüntülər, ümumilikdə, 30 dairəni, 116 məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır”.

Son xəbərlər

Orphus sistemi