Bakı. 6 fevral.
“Report”un xəbərinə görə, Təqvim planı MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində Ekspert qrupunun yaradılması təklifi də səsə qoyularaq qəbul olunub.
İclasda namizədlərin qeydə alınması ilə bağlı təqdim olunan imza vərəqələrinin yoxlanılması üçün MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi məsələsi də müzakirə olunub. İşçi qrup yaradılıb, qrupa rəhbərlik MSK üzvü Etibar Quliyevə tapşırılıb.