Yuxarı

​Naxçıvan MSK-ya yeni üzvlər seçilib - SİYAHI

Ali Məclisin qərarı ilə MSK yenidən formalaşdırılıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sessiyasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi təsdiq edilib.

"Report"un xəbərinə görə, Ali Məclisin qərarı ilə MSK yenidən formalaşdırılıb.

Belə ki, Məhərrəm Qasımov, Əli Qədimov, Elnur Eyvazov, Şamxal Məmmədov, Arif Ağayev, Əkrəm Hüseynzadə və Ceyran Quliyeva Mərkəzi Naxçıvan Seçki Komissiyasının üzvü seçiliblər.

Naxçıvan MSK-nın əvvəlki tərkibində təmsil olunan Аnаr Kаzımоv, Tural Hüseynov, Tural Həsənov, Vahidə Bayramova yeni tərkibə seçilməyib. Onların əvəzinə Şamxal Məmmədov Arif Ağayev, Əkrəm Hüseynzadə, Ceyran Quliyeva Naxçıvan MSK-da təmsilçilik hüququ qazanıb.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi