MSK-nın yeni tərkibdə ilk iclası keçirilib, Məzahir Pənahov yenidən sədr seçilib

MSK-nın yeni tərkibdə ilk iclası keçirilib, Məzahir Pənahov yenidən sədr seçilib Mikayıl Rəhimov və Arifə Muxtarova isə MSK-nın katibləri seçiliblər
Daxili siyasət
15 Aprel , 2016 15:28
MSK-nın yeni tərkibdə ilk iclası keçirilib, Məzahir Pənahov yenidən sədr seçilib

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, vitse-spiker Ziyafət Əsgərov iştirak ediblər.

Səsvermə ilə MSK-nın sədri vəzifəsinə Məzahir Pənahov, sədr müavini postuna Natiq Məmmədov seçiliblər.

Mikayıl Rəhimov və Arifə Muxtarova isə MSK-nın katibləri seçiliblər.

Qeyd edək ki, MSK-nın yeni tərkibini Milli Məclis bu gün təsdiqləyib. Yeni tərkibə Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Mikayıl Rəhimov, Tofiq Həsənov, Almas Qəhrəmanlı və İlkin Şahbazov daxildir.

Son xəbərlər

Orphus sistemi