MSK-nın sədr müavini: “Bələdiyyə seçkilərinə qədər bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq”

MSK-nın sədr müavini: “Bələdiyyə seçkilərinə qədər bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq” Azərbaycanda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı dairə seçki komissiyalarına çip oxuyan qurğuların paylanılması qarşıdan gələn 3 gün ərzində başa çatdırılacaq.
Daxili siyasət
17 dekabr 2019 12:56
MSK-nın sədr müavini: “Bələdiyyə seçkilərinə qədər bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq”

Azərbaycanda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı dairə seçki komissiyalarına çip oxuyan qurğuların paylanılması qarşıdan gələn 3 gün ərzində başa çatdırılacaq.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, proqram təminatı ilə birgə çip oxuyan qurğular tam olaraq bütün dairə seçki komissiyalarına paylanılacaq:

“Bundan sonra dairə seçki komissiyaları bu qurğuları seçki məntəqələrinə paylayacaq. Artıq qurğularla bağlı bütün sınaqlar həyata keçirilib. Bələdiyyə seçkilərinə qədər bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq”.

Son xəbərlər

Orphus sistemi