Yuxarı

MSK-nın növbəti iclası keçirilib

Təkrar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolunun hazırlanması qaydası təsdiqlənib

Bakı. 3 may. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolunun hazırlanması qaydası təsdiq edilib.

Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Daha sonra həmin seçki dairəsi üzrə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası müzakirəyə çıxarılaraq təsdiqlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi