MSK 4 dairə üzrə şikayəti DSK-ya göndərdi - YENİLƏNİB - 3

MSK 4 dairə üzrə şikayəti DSK-ya göndərdi - YENİLƏNİB - 3 MSK-nın bu gün keçirilən iclasında 108 saylı Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Daxili siyasət
19 Fevral , 2020 17:40
MSK 4 dairə üzrə şikayəti DSK-ya göndərdi - YENİLƏNİB - 3

MSK-nın bu gün keçirilən iclasında 108 saylı Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

“Report” xəbər verir ki, sonda müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Bundan başqa, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi ilə bağlı müraciət də müzakirəyə çıxarılıb. Həmin müraciət də Dairə Seçki Komissiyasına göndərilib. 


*** 17:07

MSK-nın iclasında 51 saylı Qusar seçki dairəsindən deputatlığa namizədlər Elçin Abbasov və digərlərinin müraciətinə baxılıb.

“Report” xəbər verir ki, müraciətlər araşdırılması üçün DSK-ya göndərilib.


*** 16:11

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb.

“Report” xəbər verir ki, müraciət araşdırılması üçün DSK-ya göndərilib.


*** 16:06

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

“Report” xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Son xəbərlər

Orphus sistemi