Yuxarı
    Bağlamaq

    ​MSK Milli Məclisə təkrar seçkilərin nəticələrini yoxlayıb və yekun vurub

    MSK üzvləri Milli Məclisə təkrar seçkilərin protokolunu imzalayıblar

    Bakı. 29 iyun. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin nəticələrini yoxlayıb və yekun vurub.

    "Report"un xəbərinə görə, MSK üzvü Şaitdin Əliyev deyib ki, həmin dairə üzrə seçkilərdə seçicilər fəallıq göstəriblər. O qeyd edib ki, seçkiləri beynəlxalq müşahidəçilərdə izləyiblər və razı qalıblar: “Bütün bunlar bir daha göstərir ki, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları işlərini təkmil qurublar. Keçirilən treninqlər məntəqə seçki komissiyası üzvlərinin təcrübələrini artırıb”.

    MSK sədri Məzahir Pənahov deyib ki, MSK-ya seçkilərlə bağlı hər hansı şikayət daxil olmayıb: “Ona görə də qərara aldıq ki, seçkinin nəticələrini yoxlayıb və yekun vuraq.Hesab edirəm ki, seçkilər normal keçirilib”.

    Bundan sonra MSK üzvləri Milli Məclisə təkrar seçkilərin protokolunu imzalayıblar.

    MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin protokolunu Konstitusiya Məhkəməsinə təqdim edəcək.

    Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə təkrar seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi