MSK Milli Məclisə seçkilərə yekun vurdu

MSK Milli Məclisə seçkilərə yekun vurdu Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub.
Daxili siyasət
25 Fevral , 2020 19:35
MSK Milli Məclisə seçkilərə yekun vurdu

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub. 

“Report” xəbər verir ki, bununla əlaqədar məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib. 

Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi və MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi