MSK şikayətləri araşdıran zaman əsas götürdüyü faktorları açıqladı

MSK şikayətləri araşdıran zaman əsas götürdüyü faktorları açıqladı Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində yaradılan Ekspert qrupu müraciətləri araşdıran zaman 3 faktoru əsas götürür.
Daxili siyasət
374
20 Fevral , 2020 11:07
MSK şikayətləri araşdıran zaman əsas götürdüyü faktorları açıqladı

"Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində yaradılan Ekspert qrupu müraciətləri araşdıran zaman 3 faktoru əsas götürür".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

Onun sözlərinə görə, bunlar, dairə seçki komissiyalarından (DSK) MSK-ya daxil olan protokollar və digər sənədlər, sosial şəbəkələrdə yayılan informasiyalar və namizədlərin, onların vəkillərinin, səlahiyyətli nümayəndələrinin məntəqə seçki komissiyalarında gördükləri barədə aktlardır: “Onların 3-ü birlikdə araşdırılır və Ekspert qrupu öz rəyini MSK-ya təqdim edir”.

Son xəbərlər

Orphus sistemi