MSK üç seçki məntəqəsinin nəticələrini ləğv edib

MSK üç seçki məntəqəsinin nəticələrini ləğv edib Seçki komissiyaları buraxılıb
Daxili siyasət
11 Oktyabr , 2016 16:43
MSK üç seçki məntəqəsinin nəticələrini ləğv edib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar daxil olan məlumatlar araşdırılıb.

“Report”un xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, səsvermə günü bəzi seçki məntəqələrindəki veb-kameralarda görüntülənən qayda pozuntuları ilə bağlı araşdırmalar aparılıb.

A.Muxtarova qeyd edib ki, üç məntəqənin nəticələri ləğv edilməli və seçki komissiyaları buraxılmalıdır. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi