MSK DSK-lara tapşırıq verib

MSK DSK-lara tapşırıq verib Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədlərin seçicilərlə görüşlərinin üst-üstə düşməməsini tənzimləmək üçün dairə seçki komissiyalarına (DSK) tapşırıq verib.
Daxili siyasət
1 Fevral , 2020 15:09
MSK DSK-lara tapşırıq verib
Report

Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədlərin seçicilərlə görüşlərinin üst-üstə düşməməsini tənzimləmək üçün dairə seçki komissiyalarına (DSK) tapşırıq verib.

"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

M.Pənahov bildirib ki, MSK bununla bağlı dairələr üzərində ciddi məsuliyyət qoyub:

"Biz dairələrin üzərində ciddi məsuliyyət qoymuşuq ki, namizədlərin görüşlərinin üst-üstə düşməməsi üçün əllərindən gələni etsinlər. Heç bir dairənin elə bir hüququ yoxdur ki, namizədə görüş keçirilməsi üçün icazə versin. Heç bir namizəd də görüş keçirən zaman dairəyə müraciət etməyə borclu deyil".

Son xəbərlər

Orphus sistemi