Deputatlığa namizədliyini irəli sürən 286 şəxsə imza vərəqi verilib

Deputatlığa namizədliyini irəli sürən 286 şəxsə imza vərəqi verilib Məzahir Pənahov: “Parlament seçkilərində namizəd olmaq üçün 498 müraciət daxil olub"
Daxili siyasət
12 Sentyabr , 2015 14:48
Deputatlığa namizədliyini irəli sürən 286 şəxsə imza vərəqi verilib

Bakı. 12 sentyabr. REPORT.AZ/ “Parlament seçkilərində namizəd olmaq üçün 498 müraciət daxil olub”. “Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, onlardan 254-nün namizədliyini siyasi partiyalar, 13 nəfərini isə “Azadlıq-2015” seçki bloku irəli sürüb.

M.Pənahov qeyd edib ki, 286 nəfərin namizədliyinin irəli sürülməsi qeydə alınıb, onlara imza vərəqələri verilib.

Onun sözlərinə görə, 74 müşahidəçi MSK-da akkreditasiyadan keçib. Onlardan 69 nəfəri öz təşəbbüsü ilə müşahidəçi olmaq istəyənlərdir, 5 nəfər isə qeyri-hökumət təşkilatlarını təmsil edir. 

Qeyd edək ki, parlament seçkiləri noyabrın 1-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi