MSK dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb

MSK dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb Bakı. 26 mart. REPORT.AZ/ 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası müxtəlif statuslu seçki prosesi iştirakçılarının maarifləndirilməsi məqsədi ilə genişmiqyaslı layihələri davam etdirir.
Daxili siyasət
26 Mart , 2018 11:00
MSK dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb

Bakı. 26 mart. REPORT.AZ/ 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası müxtəlif statuslu seçki prosesi iştirakçılarının maarifləndirilməsi məqsədi ilə genişmiqyaslı layihələri davam etdirir.

MSK-nın mətbuat xidmətindən "Report"a bildirilib ki, martın 26-dan etibarən Mərkəzi Seçki Komissiyası növbəti layihəyə - dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb. 

Tədbirin gerçəkləşdirilməsində əsas məqsəd “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yenilənmiş və daha da təkmilləşdirilmiş imkanları barədə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə ətraflı məlumat vermək, onların proqram təminatları ilə birbaşa və praktiki şəkildə istifadəsinə şərait yaratmaq, o cümlədən mütəxəssislər üçün maraq kəsb edən məsələlərə yerindəcə aydınlıq gətirməkdir. Seminarlar çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün yeni hazırlanmış xüsusi proqram modullarından test rejimində istifadə ediləcək ki, bu da kompüter mütəxəssislərinin praktiki biliklərini və iş təcrübələrini daha da artıraraq seçki günü sistemdən rahat və peşəkarlıqla istifadəni təmin edəcək.

Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş Təqvim Planına uyğun olaraq ardıcıl və keyfiyyətlə həyata keçirilmiş əksər irimiqyaslı layihələrin artıq uğurla başa çatdığı prezident seçkiləri ilə bağlı son maarifləndirmə tədbirlərindən olan dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarların 3 gün davam etməsi və martın 28-də yekunlaşması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi