MSK daha bir nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib

MSK daha bir nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib Namizədliklərinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 13-ə çatıb
Daxili siyasət
166
19 Fevral , 2018 16:32
MSK daha bir nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib
Report

Bakı. 19 fevral. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

“Report”un xəbərinə görə, MSK katibi Arifə Muxtarova iddiaçı ilə bağlı məlumatları diqqətə çatdırıb.

O deyib ki, R.Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün əsaslar var.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da namizədliklərinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 13-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Son xəbərlər

Orphus sistemi