MSK daha bir DSK-nın qərarını ləğv edib

MSK daha bir DSK-nın qərarını ləğv edib Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha bir dairə seçki komissiyasının (DSK) qərarını ləğv edib.
Daxili siyasət
17 Yanvar , 2020 15:47
MSK daha bir DSK-nın qərarını ləğv edib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha bir dairə seçki komissiyasının (DSK) qərarını ləğv edib.

"Report" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 15 saylı Yasamal I seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Məmmədli Elcan Vəliməmməd oğlunun müraciətinə baxılıb.

İclasda çıxış edən E.Məmmədli DSK-ya təqdim etdiyi imza vərəqələrində hərf səhvləri olduğunu qeyd edib.

Səhvlər texniki olduğundan MSK DSK-nın qərarını ləğv edib və E.Məmmədlinin namizədliyi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi