MSK daha iki məntəqənin nəticəsini etibarsız saydı - YENİLƏNİB

MSK daha iki məntəqənin nəticəsini etibarsız saydı - YENİLƏNİB Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 11 saylı Qaradağ seçki dairəsindən namizəd Samir Məmmədovun müraciətinə baxılıb.
Daxili siyasət
20 Fevral , 2020 19:51
MSK daha iki məntəqənin nəticəsini etibarsız saydı - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 11 saylı Qaradağ seçki dairəsindən namizəd Samir Məmmədovun müraciətinə baxılıb. 

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib. 

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairədə baş verən qanun pozuntularına hüquqi qiymət verilməsini qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı bir seçki məntəqəsi istisna olmaqla, digərlərində qanun pozuntusu aşkarlanmayıb”.

İclasda həmin dairənin bir seçki məntəqəsi (30 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.


19:37

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd Ağasif İbrahimovun (Şakiroğlu) müraciətinə baxılıb. 

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Validə Kazımova məlumat verib. 

Onun sözlərinə görə, namizəd müraciətində müşahidəçilərə şəraitin yaradılmamasını və digər məsələləri qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir pozuntu aşkarlanmayıb. Həmin dairə üzrə bir seçki (24 saylı) məntəqəsinin nəticəsi etibarsız sayılsın”.

Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi