​MSK-da referendumla bağlı yaradılmış ekspert qrupuna kimlər daxildir? - SİYAHI

​MSK-da referendumla bağlı yaradılmış ekspert qrupuna kimlər daxildir? - SİYAHI Mərkəzi Seçki Komissiyasının qərarı bu gündən qüvvəyə minib
Daxili siyasət
28 İyul , 2016 09:29
​MSK-da referendumla bağlı yaradılmış ekspert qrupuna kimlər daxildir? - SİYAHI

Bakı. 28 iyul. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sonuncu iclasında vətəndaşların referendumda iştirak hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) keçirilməsi dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb.

“Report”un xəbərinə görə, MSK-nın müvafiq qərarı bu gündən qüvvəyə minib.

Ekspert qrupuna bu şəxslər daxildir:

Ramiz İbrahimov – Mərkəzi Seçki Komissiyasının üzvü;

Validə Kazımova – Mərkəzi Seçki Komissiyasının üzvü;

İlham Məmmədov – Mərkəzi Seçki Komissiyasının üzvü;

Qabil Orucov – Mərkəzi Seçki Komissiyasının üzvü;

Bəxşeyiş Əsgərov – Mərkəzi Seçki Komissiyasının üzvü;

Tofiq Həsənov – Mərkəzi Seçki Komissiyasının üzvü;

İlkin Şahbazov – Mərkəzi Seçki Komissiyasının üzvü;

İradə Hacıyeva – Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin müdiri);

Rafiq Abbasov – Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin baş məsləhətçisi).

MSK-nın qərarına əsasən, dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq, müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.

Son xəbərlər

Orphus sistemi