MSK buraxılan seçki komissiyalarının tərkibini formalaşdırıb

MSK buraxılan seçki komissiyalarının tərkibini formalaşdırıb Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
Daxili siyasət
110
12 Fevral , 2015 16:34
MSK buraxılan seçki komissiyalarının tərkibini formalaşdırıb

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

“Report”un məlumatına görə, əvvəlcə MSK-nın 11 və 12 yanvar 2015-ci il tarixli iclaslarının protokolları təsdiq olunub.

İclasda bəzi dairə seçki komissiyalarının (DSK) tərkibində dəyişiklik edilib.

MSK katibi Arifə Muxtarova xatırladıb ki, 2014-cü il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərindən sonra 54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı Lənkəran-Masallı seçki dairələrinin DSK-ları buraxılıb. İclasda buraxılan seçki komissiyalarının üzvlüyünə namizədlər səsverməyə çıxarıIaraq təsdiq edilib. Bununla da buraxılan seçki komissiyalarının yeni tərkibi formalaşdırılıb.

60 saylı Salyan-Neftçala, 111 saylı Balakən-Zaqatala seçki dairələrinin DSK-larının üzvlüyündən iki nəfər öz xahişi ilə azad edilib.

Son xəbərlər

Orphus sistemi