MSK bu həftə seçkilərə yekun vuracaq

MSK bu həftə seçkilərə yekun vuracaq Mərkəzi Seçki Komissiyası (MSK) bu həftə Milli Məclisə keçirilən seçkilərin yoxlanılmasını və yekun vurulmasını təmin edəcək.
Daxili siyasət
24 Fevral , 2020 09:43
MSK bu həftə seçkilərə yekun vuracaq
Report / Firi Salim

Mərkəzi Seçki Komissiyası (MSK) bu həftə Milli Məclisə keçirilən seçkilərin yoxlanılmasını və yekun vurulmasını təmin edəcək.

“Report” xəbər verir ki, Seçki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.

Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar bu müddət fevralın 29-dək olan dövrü əhatə edir.

MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi