MSK bir neçə partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

MSK bir neçə partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb.
Daxili siyasət
31 oktyabr 2019 12:58
MSK bir neçə partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb. 

"Report" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Son xəbərlər

Orphus sistemi