MSK bir neçə partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

MSK bir neçə partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb Müsavat Partiyasının maliyyə məsələləri üzrə 4 səlahiyyətli nümayəndəsi də qeydə alınıb
Daxili siyasət
4 Sentyabr , 2015 16:28
MSK bir neçə partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bu il keçiriləcək Milli Məclisə seçkilərdə siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması səsverməyə çıxarılıb.

“Report”un məlumatına görə, iclasda Yeni Azərbaycan Partiyasından (YAP) 2, Ümid Partiyasından 22, Milli Dirçəliş Hərəkatı Partiyasından 18, Müsavat Partiyasından 64, Ana Vətən Partiyasından (AVP) 11, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 17, Azərbaycan Sosial Demokrat Partiyasından (ASDP) 8 səlahiyyətli nümayəndə qeydə alınıb.

Müsavat Partiyasının maliyyə məsələləri üzrə 4 səlahiyyətli nümayəndəsi də qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi