MSK bələdiyyə seçkilərinə start verib, seçki dekabrın 23-nə təyin edilib

MSK bələdiyyə seçkilərinə start verib, seçki dekabrın 23-nə təyin edilib Mərkəzi Seçki Komissiyası (MSK) növbəti bələdiyyə seçkiləri ilə bağlı qərar verib.
Daxili siyasət
18 Oktyabr , 2019 16:21
MSK bələdiyyə seçkilərinə start verib, seçki dekabrın 23-nə təyin edilib

Mərkəzi Seçki Komissiyası (MSK) növbəti bələdiyyə seçkiləri ilə bağlı qərar verib.

"Report" xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında qəbul olunan qərarla ölkədə dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək.

Sonra "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" təsdiq edilib.

Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində ekspert qrupunun yaradılmasına qərar verilib.

İclasda daha sonra imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrup yaradılıb.

Son xəbərlər

Orphus sistemi