MSK bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxıb

MSK bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxıb Məzahir Pənahovun sədrliyi ilə dekabrın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Daxili siyasət
24 Dekabr , 2019 19:23
MSK bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxıb
Mərkəzi Seçki Komissiyası / Report / Elchin Murad

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası təsdiq olunub.

Sonra dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, operativ şəkildə Komissiyanın iclasına çıxarılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri və qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərə dair cari məsələlərə də baxılıb.

Son xəbərlər

Orphus sistemi