MSK “Azadlıq-2015” seçki blokunu qeydə alıb

MSK “Azadlıq-2015” seçki blokunu qeydə alıb Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Daxili siyasət
4 sentyabr 2015 11:16
MSK “Azadlıq-2015” seçki blokunu qeydə alıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Milli Məclisə keçiriləcək seçkilərlə bağlı “Azadlıq-2015” seçki blokunun qeydə alınması məsələsinə baxılıb.

“Report”un məlumatına görə, iclasda qurumun MSK-ya müraciəti müzakirə edilib və blok qeydə alınıb.
İclasda, həmçinin blokun emblemi təsdiq edilib.

Xatırladaq ki, “Azadlıq-2015” seçki blokunda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Bütöv Azərbaycan Partiyası (BAP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Azadlıq Partiyası, Aydınlar Partiyası təmsil olunur.

Son xəbərlər

Orphus sistemi