​Məzahir Pənahov: "MSK Avropa Şurası ilə əlaqələrinə daim önəm verir"

​Məzahir Pənahov: "MSK Avropa Şurası ilə əlaqələrinə daim önəm verir" Görüşdə Avropa Şurası ilə MSK arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb
Daxili siyasət
8 Aprel , 2015 19:32
​Məzahir Pənahov: MSK Avropa Şurası ilə əlaqələrinə daim önəm verir

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edərək, MSK-nın Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrindən söhbət açıb. O, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əlaqələrinə daim önəm verdiyini, seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Aleksandr Qessel bu il ölkəmizdə keçiriləcək seçkilərlə bağlı görüləcək işlər və nəzərdə tutulan layihələrlə maraqlanıb.

Qonaqların suallarını cavablandıran Komissiya sədri seçkilərlə bağlı atılacaq addımlardan bəhs edib və bildirib ki, planlaşdırılan layihələrin bir çoxunun beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsi nəzərdə tutulur.

Görüşdə Avropa Şurası ilə MSK arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi