Monqolustanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Monqolustanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib Bakı. 12 aprel. REPORT.AZ/ Aprelin 12-də Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Daxili siyasət
12 aprel 2018 13:37
Monqolustanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Bakı. 12 aprel. REPORT.AZ/ Aprelin 12-də Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Report" Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaltmaaqiyn Battulqa İlham Əliyevi Prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona Azərbaycan xalqının və dövlətinin rifahı naminə Prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Prezident Xaltmaaqiyn Battulqaya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyini əminliklə qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi