Yuxarı
    Bağlamaq

    Moldova prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - ƏLAVƏ OLUNUB

    Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Moldovanın və Azərbaycanın dövlət himnləri səsləndirib

    Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanda rəsmi səfərdə olan Moldova Prezidenti İqor Dodon iyunun 22-də Fəxri xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla yad edib.

    "Report" xəbər verir ki, İ.Dodon görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzüb.

    *** 

    Moldova Prezidenti Şəhidlər xiyabanını da ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

    Moldova Prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

    Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Moldovanın və Azərbaycanın dövlət himnləri səsləndirib.

    Azərbaycan paytaxtının mənzərəsini seyr edən Moldova Prezidentinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi